“Ən əlverişli vəziyyət Azərbaycana məxsusdur”

“Azərbaycan bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur”.

 AzerTaym.az-ın xəbərinə görə, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Azərbaycanın geosiyasi inkişafının reallıqları və perspektivləri mövzusunda elmi məruzəsində çıxışı zamanı deyib.

Ə.Həsənov bildirib ki, geosiyasi xarakteristikanın əsas dəyər ölçüləri kimi çıxış edən əsas parametrlər Azərbaycanın həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir.

Prezidentin köməkçisi söyləyib ki, Cənubi Qafqaz dövlətləri içərisində təbii zənginlik və insan parametrləri üzrə ən əlverişli vəziyyət Azərbaycana məxsusdur:

“Azərbaycanın Cənubi Qafqazda geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisəolunmazdır.

Bu baxımdan, Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam olaraq Rusiyadan asılı və demək olar ki, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil”.






Fikirlər