Akif Nağını polisə çağırıldı - Filip Kirkorova görə?

Похожее изображение 

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağını və erməni müğənni Filip Kirkorovun (Kirkoryan. A.N.) Bakıda konsert verməsinə qarşı etiraz aksiyası keçirmiş digər QAT üzvlərini sabah saat 10.00  üçün Səbayıl rayon polis idarəsinin 8-ci polis bölməsinə çağırıblar. 

Bu barədə QAT-dan məlumat daxil olub.
QAT sədri açıqlamasında polisə nə üçün dəvət etdiklərini bilmədiyini deyib:
“Dəvətin məqsədinin nə olduğu məlum deyil. Dekabrın 10-da axşam QAT üzvləri həmin bölməyə gətirilib, gecədən keçənə qədər onları orada saxlayıb, izahat alıb, sonra sərbəst buraxıblar. Bizi həbs eləmək üçün, ya başqa məqsədlə çağırıblar bilmirik. Biz bu yolda döyülməyə, tutulmağa, hər şeyə hazırıq və bizi yolumuzdan heç nə döndərə bilməz. Nəyin bahasına olursa olsun, ermənilərin məkrli siyasətinin həyata keçirilməsinə, ermənilərlə qardaşlaşma siyasətinə, xəyanət yoluna imkan verməyəcəyik. Nə qədər ki, torpaqlarımız işğal altındadır, “xalq diplomatiyası” oyunlarına, sosoların, filiplərin, avetyanların səfərlərinə imkan verməyəcəyik. Bizi tutsunlar, öldürsünlər, işimizi digər QAT-çılar, vətənpərvərlər davam etdirəcəklər”. 






Fikirlər