“600 mln. manat sahibkarların sərəncamında qalacaq” – Vergi amnistiyası

ziyad-semedzade

Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə vergi amnistiyası ilə bağlı qanun layihəsi daxil olub.

 “APA-Economics”in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün ADA Universitetində “azexport.az” portalının təqdimatı zamanı deyib ki, təqribi hesablamalara görə, vergi amnistiyası nəticəsində 600 mln. manat sahibkarların sərəncamında qalacaq.

Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən bu dəyişiklik sahibkarlığa dəstəyin bariz nümunəsidir”, – deyə Z. Səmədzadə vurğulayıb.

 






Fikirlər