Şəhid Çingiz Qurbanovla vida mərasimindən FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayının 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşi aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

39 gün sonra nəşi geri alınan şəhidimizin anım mərasimi keçirilib. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən tədbirdə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, yaxınları və sıravi vətəndaşlar iştirak edib.
AzerTaym.az Musavat.com-a istinadən vida mərasimindən fotoları təqdim edir:






Fikirlər