Qərb Universitetinin tələbəsi buzadırmanma üzrə açıq ölkə çempionatında uğur QAZQNIB

Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən buzadırmanma üzrə X açıq Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan ikigünlük yarış oğlanlar və qızlar arasında keçirilib. Çempionatda çətinlik mərhələsi üzrə təsnifat yarışını müvəffəqiyyətlə başa vuran idmançılar yarımfinala vəsiqə qazanıblar. Daha sonra final mərhələsi keçirilib.

Qızların yarışında fərqlənənlər arasında Qərb Universitetinin tələbəsi də olub. Belə ki, tələbəmiz, Qərb Universiteti İdman Klubunun üzvü Fidan Novruzova üçüncü yerə layiq görülüb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, FAIREX-in kubok və medalları təqdim olunub.






Fikirlər