Jurnalist Zabil Müqabiloğlu həyatını İTİRDİ

Jurnalist Zabil Müqabiloğlu vəfat edib.

Bu barədə jurnalistin dostları sosial şəbəkədə məlumat yayıb. Jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxandada dünyasını dəyişib. Zabil Müqabiloğlu uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirdi.

Yaxınlarının məlumatına görə, Z.Müqabiloğlu sabah Pirşağı qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib.

1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" Media Qrupunda çalışıb. Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.

Allah rəhmət eləsin.

AzerTaym.az






Fikirlər