Şəhid, niyə Şəhidlər Xiyabanında dəfn olunmayıb? – İcra BAŞÇISI DANIŞDI (VİDEO)

Arif_Qasımov_(icra_başçısı)

Fevralın 25-də Xocavənd rayonunda şəhid olan əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında deyil, ümumi qəbiristanlıqda dəfninin ailəsinin narazılığına səbəb olması haqda məlumat yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, mərhumun atası Nazim Cəfərov Turan-a bildirib ki, Nizami Rayon İcra Hakimiyyətindən ona “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur” cavabı verilib.

Məsələ ilə bağlı “Qafqazinfo” Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ilə əlaqə saxlayıb. İcra başçısı bildirib ki, şəhidin valideynləri, yaxınları yüksək mədəniyyətli insanlardır və onların dəfnlə bağlı heç bir şikayət və ya arzusunu eşitməyib. Keşlədə yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn məsələsinə gəlincə isə, icra başçısı bildirib ki, orada lap əvvəllərdən indiyə qədər yalnız həmin qəsəbənin sakinlərindən şəhid olanlar dəfn olunub:

“Şəhidimiz Zakir Cəfərov isə Rüstəm Rüstəmov küçəsində qeydiyyatdadır. Onun ana tərəfi keşləli olduğuna və qohumları orada yaşadığına görə ailəsinin xahişi ilə yas mərasimini həmin ərazidə keçiririk. Şəhidimiz bütün rayon rəhbərliyinin və SOCAR prezidenti, deputatımız Rövnəq Abdullayevin də iştirakı ilə böyük ehtiramla torpağa tapşırılıb. Mən özüm də müavinlərimlə bərabər daim həmin ailənin yanındayam”.

 






Fikirlər