Fizuli Məmmədov Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti SEÇİLDİ

Fizuli Məmmədov Avropa Azərbaycanlıları Konqresinin I vitse-prezidenti seçilib.  

Bu haqda Modern.az-a özəl olaraq “DünyaAzərbaycanlıları İttifaqı”nın mətbuat xidmətindən məlumat verilib.

​Bildirilib ki, fevralın 27 də Amsterdamda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi (Niderland), Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənəvun və  Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun şəxsən iştirakı ilə Avropa Azərbaycanlıları Konqresinin 5-ci qurultayı keçirilib.

 “Bu tədbirdə xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin yaradılması və ünsiyyətin qorunub saxlanılması, həmçinin bütün dünyadakı azərbaycanlıların milli birliyə nail olması üçün onlara yardım göstərilməsinə cavabdeh olan bir qurumun rəhbərinin, eyni zamanda Azərbaycan Prezidenti Administrasiyasının yüksək rütbəli nümayəndəsinin bilavasitə iştirakı onu deməyə əsas verir ki, doğma Azərbaycanın rəhbərliyi bütün dünyadakı Azərbaycan diasporunun birləşməsinə xüsusi diqqət ayırır.

Təsadüfi deyil ki, Rusiyadakı Azərbaycan diasporunun yaradılmasının təməlində də məhz Fizuli müəllim dayanmış, bu ölkədə həmvətənlərimizin ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” ni («Единство Азербайджана») yaratmış və ona rəhbərlik etmişdi. Bu gün Rusiyadakı Azərbaycan diasporu dünya azərbaycanlıların ən böyük və ən nüfuzlu diasporudur”,-deyə “DünyaAzərbaycanlıları İttifaqı”nın mətbuat xidmətindən Modern.az-a bildirilib.

 Qeyd edilib ki, Fizuli Məmmədovun köməyi ilə Avropa və MDB ölkələrində, Türkiyə və ABŞ-da Azərbaycan diasporunun ictimai təşkilatları yaradılıb.
Bütün bunların nəticəsi olaraq Avropa Azərbaycanlıları Konqresinin (AAK) 5-ci qurultayında “Dünya Azərbaycanlıları İttifaqı” nın sədri, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Əlaqələndirmə şurasının sədri Fizuli Məmməd oğlu Məmmədov bu nüfuzlu təşkilatın birinci vitse-prezidenti ​seçilib.






Fikirlər