Gömrükdə qaçaqmal siqaretlər və mobil telefonlar TUTULDU

Картинки по запросу GÖMRÜK 

Dövlət Gömrük Komitəsi sərhəddə tutulan qaçaqmal barədə xəbər yayıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Qaz-3110” markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Yoxlama zamanı  nəqliyyat vasitəsinin altından 88 qutu pirotexniki vasitələr, avtomobilin salonundan   qutularının üzərində”R-1” yazısı olan 2 min ədəd aksiz markasız siqaretlər , sürücünün üzərində aparılan yoxlama zamanı isə gömrük orqanına bəyan olunmayan 2 ədəd  “Samsung Galaxy J3” markalı mobil telefonlar aşkar edilib.

 Faktla bağlı araşdırma aparılır.

AzerTaym.az






Fikirlər