İşdən çıxarılan müdirin adında 35 min dollar kredit yazıldı - AZƏRBAYCANDA

İşdən çıxarılan müdirin adında 35 min dollar kredit yazıldı -

Bank olmayan kredit təşkilatı müştərilərinin ödəyə bilmədiyi kredit borclarını filial müdirinin yaşadığı evi girov qoyaraq atasının adına yazıb. İndi filial müdiri həm işdən çıxarılıb, həm də müştərilərə verdiyi 35 min dollarlıq kredit borcu tələb edilir.

"AzerTaym.az" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, filial müdirinin müştərilərə verdiyi kredit və ofis üçün aldığı avtomobilin krediti ondan tələb edilir.
Bank olmayan kredit təşkilatlarınından birinin Lənkəran filialında müdir vəzifəsində çalışan Sahil Qasımov müştərilərin ödənişlərində gecikmə olduğundan işdən uzaqlaşdırılıb. Qəribə məqam ondan ibarətdir ki, işdən çıxarılarkən onun atasının adına 35 min dollar kredit borcu yazılmasıdır.
Sahil Qasımov bildirir ki, bu vəzifədə çalışdığı 2014 və 2015-ci illərdə ona "ən yaxşı filial müdiri" adı verilib. O, mühafizəsiz ofisdə tək çalışdığı və ofisdə çoxlu pul olduğundan qorxduğu üçün epilepsiya xəstəliyi tapdığını bildirir. Onun sözlərinə görə, hətta ofis üçün 9 min manatlıq kreditlə aldığı avtomobilin pulu da adına yazılıb.
Hüquqşünas Asif Abdullayevin fikrinə görə, vətəndaşın müraciətindən elə başa düşülür ki, o kredit götürmədiyi halda təhdid edilərək müqavilə bağlanılıb. Belə olduqda pulun alınmadığına dair sübutlar toplanaraq məhkəməyə müraciət etmək lazımdır. Yalnız məhkəmənin qərarı ilə kredit müqaviləsinin təhdidlə bağlandığı sübuta yetirilə və ona xitam verilə bilər. Bu baş verərsə, hər hansı bir şəxs və ya qurumun vətəndaşdan kredit borcunu tələb edə bilməz.
 






Fikirlər