Yaqub Məmmədova dolları ilk dəfə Ayaz Mütəllibov GÖSTƏRİBMİŞ

186691_res_01

Milli Məclisin keçmiş sədri, Azərbaycan prezidenti səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov lent.az-a müsahibə verib.

Virtualaz.org bildirir ki, müsahibədə bir çox məsələlərə aydınlıq gətirən Y.Məmmədov Azərbaycan Dövlət Tibb Universitetinin rektoru olduğu dövrə də ekskurs edib və müxbirin “Sizə niyə “Dollar Yaqub” deyirlərmiş” sualını da cavablandırıb: “Bu, mənə qarşı böyük bir şər kampaniyası idi. O dövrdə heç dollar yox idi. Mən dolları ilk dəfə 1992-ci ildə görmüşəm. O vaxt Mütəllibov böyük bir nümayəndə heyəti ilə Türkiyəyə səfər eləmişdi, mən də o tərkibdə idim. Onda bankdan bizim hərəmizə 170 dollar verdi. Mənə dolların sifətini ilk dəfə Ayaz Mütəllibov göstərib”.

AzerTaym.az

 






Fikirlər