SABİQ NAZİR sərt danışdı:".. "...Belə Beabırçılıqlar ORTAYA ÇIXMASIN ! "

Firudin Cəlilov: "Jurnalistlər böyük müsabiqələrdən keçməklə televiziyalara buraxılmalı, onların savadı yoxlanmalı, şəffaf iş aparılmalıdır"

"20-30 il əvvəl 5-10 nəfər tanınan jurnalist var idisə, indi bu rəqəm 5-10 minə yüksəlib”.

Bunu Sherg.az-a Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyevanın telekanalları tənqid etməsi ilə bağlı danışarkən tanınmış türkoloq alim, filologiya elmləri doktoru, Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov deyib. 

 

O bildirib ki, hazırda yalnız telekanallar deyil, xəbər saytları da ciddi dil qüsurlarına yol verir:

"20 il əvvəl jurnalistika fakültəsində "Nitq Mədəniyyəti” fənnindən dərs deyəndə jurnalistlərə deyirdim ki,  Azərbaycanca təmiz danışmaq, sözlərin vurğusunu, danışığın intonasiyasını öyrənmək, sözlərin düzgün tələffüz formalarına qulaqlarınızı alışdırmaq istəyirsinizsə, "Azərbaycan” radiosunun diktorlarına qulaq asın. 20-30 il əvvəl olan durum bu idi. Yəni ən təmiz danışan, sözləri düzgün tələffüz edən həmin radionun diktorları, televiziyadakı aparıcılar idi. İndi fikir verin, həmin vəzifədə olanlara qüsur tuturuq ki, dili korlayırlar. Düz deyirsiniz. Bunun qarşını almaq üçün sistemi düzgün qurmaq lazımdır. Jurnalistlər böyük müsabiqələrdən keçməklə televiziyalara buraxılmalı, onların savadı yoxlanmalı, şəffaf iş aparılmalıdır ki, belə biabırçılıqlar ortaya çıxmasın”.

Bu məsələdə dilçilik institutunun da üzərinə müəyyən vəzifələrin düşdüyünü qeyd edən F. Cəlilovun sözlərinə görə, onlar monitorinqlər aparmalı, vaxtaşırı arayış yazıb, verməlidirlər:

"İnstitutla mediada işləyənlər arasında bağ qurmaq lazımdır. Bu, təkcə televiziya kanallarına deyil, saytlara da aiddir. Bəzən onların səhvləri biabırçı hal alır. Düzdür, istedadlı jurnalistlərimiz də çoxdur. Hazırda tanınan az qala 5-10 min jurnalist var. Təbii ki, onların içərisində yarıtmazı da olacaq, yaxşısı da. Ona görə, jurnalistlər arasında monitorinq aparıb, bu işi düzgün qurmaq lazımdır”.

Qeyd edək ki, N. Qazıyeva telekanalların dil monitorinqi zamanı yersiz alınmaların dilə gətirilməsi, dil normalarına əməl edilməməsi, şifahi nitqin yazıya təsiri, tələsik nitq normasından istifadə kimi pozuntulara rast gəlindiyini bildirib. Dövlət televiziyası da daxil olmaqla 6 telekanalın monitorinqə cəlb edildiyini xatırladan N.Qazıyeva deyib ki, fonetik səviyyədə ən çox pozuntu interferensiya halları ilə bağlıdır.

 






Fikirlər