Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

Bakıda beynəlxalq konfrans keçirilir

Bu gün Qərb Universitetinin təşkilatçılığı ilə "Müasir dəyişən dünyada xalqları milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrana işə başlayıb. 

"AzerTaym.az" xəbər verir ki, konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və.s daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar iştirak edirlər. Konfransda islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr olacaq. 

Beynəlxalq konfrans iyunun 1-də və 2-də bölmə iclaslarında işini davam etdirəcək. 

Tədbirdə çıxış edən Qərb Universitetinin Qəyyumlar Şurasının sədri Hüseynqulu Bağırov qonaqları  salamlayaraq konfransın mövzusu barədə məlumat verib, konfransın əhəmiyyətini və onun mövzusunun aktuallığını şərh edib. 

Təhsil nazirinin müavini Firudin Qurbanov isə çıxışında qeyd edib ki, Azərbaycan xalqı tairx boyu milli amansızlıqlara məruz qalsa da öz milli ənənələrini qoruyub saxlayıb:" Dövlət yalnız maddi sərvətini deyil milli-mənəvi dəyərlərini qorunmasına da xidmət edir. Heydər Əliyev milli özünədərkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması ideyalarını irəli sürüb və bu istiqamətdə böyük əzmlə çalışıb. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların vətənidir. Bu gün işğalçı Ermənistandan fərqli olaraq ərazisində yaşayan bütün xalqların vətənidir. Burada reallaşan milli ideya bütün xalqların maraqlarını da təmin edir. Müasir dövrdə qlobal problemlərin həll edilməsi cəmiyyətdə hansı tip insanın formalaşmasından asılıdır. Azərbaycanın təhsil sahəsində gənc nəslə tolerant bəşəri dəyərlərin aşılanması əsas yer tutur. Azərbaycan dövləti irqindən, dinindən, dilindən asılı olmayaraq təhsil imkanın yaradılmasına təminat verir. Ölkəmizin ümumitəhsil müəssisələrində azərbaycan dili ilə yanaşı, rus və gürcü dillərində,  eyni zamanda az saylı xalqların dilində təhsil verilir. Bu gün ölkənin 225 təhsil müəssisəsində 35 min şagirdə dağ  yəhudiləri, xınalıq, talış ləzgi, avar, kürd,saxur, udin dilləri tədris edilir. Hazırda 342 ümumtəhsil məktəbində təlim rus dilində aparılır. Ali təhsil müəssisələrinin bakalavriat və magiatratura pillələrində tələbələrin 10-11 faizi rus dilində təhsil alır".  

Daha sonra konfransda deputatlar, xarici universitetlərin professorları çıxış ediblər.






Fikirlər