Məktəblərdə təhlükəsizliyə nəzarət GÜCLƏNDİRİLDİ

Image result for KAMRAN ƏLİYEV

 Bu gün orta ümumtəhsil məktəblərində 2016/2017-ci tədris ili başa çatır.

Bu münasibətlə də məktəbi bitirən məzunlar üçün “Son zəng” çalınır. Kütləvi tədbirlər zamanı asayişin təhlükəsizliyinin təmin edilməsi üçün Daxili İşlər Nazirliyi gücləndirilmiş rejimdə çalışır.

 Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev məlumat verib.

O qeyd edib ki, bütün ortamə ktəblərdə təhlükəsillik tədbirləri görülüb: “Ərazidə xidmət edən əməkdaşların sayı artırılıb”.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a bildirib ki, ölkə üzrə kütləvi tədbirlərin keçirilməsi ilə bağlı yollarda təkcə nəqliyyatın yox, piyadaların da hərəkəti intensivləşib:

“Ona görə də ərazi üzrə xidmət aparan əməkdaşlarımız nəzarəti gücləndirib”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da Modern.az-a yol polisinin gücləndirilmiş rejimdə çalışacağını bildirib. O, həmçinin bu gün orta məktəbi bitirən məzunların valideynlərinə müraciət edib:

Təhlükəsizliyin təmin olunmasında yalnız yol polisləri deyil, valideynlər də diqqətini artırmalıdırlar. Çünki məktəbyaşlı uşaqlara avtomobil idarə etməyə etibar edilməsinə görə, məsuliyyət nəzərdə tutulub. Təhlükəsizliyin təmin edilməsi üçün hər kəs diqqətli olmalıdır.

Bu gün Bakı şəhərində “Son zəng” tədbirlərinin keçirilməsilə bağlı bütün orta məktəblər nəzarətə götürülüb, azyaşlı uşaqların və məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək avtomobil əldə edib sürməsinə ciddi nəzarət olunacaq".

AzerTaym.az

 

 






Fikirlər