NIZAMI rayonunda AZtəminatlı AİLƏLƏRƏ BAYRAM SOVQATI paylanılıb

Nizami rayonunda aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

"AzerTaym.az"-a Nizami Rayon İcra Hakimiyyətindən verilən xəbərə görərə RİH başçısının müavini Gülnaz İsrafilova Ramazan bayramı münasibətilə aztəminatlı ailələri təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıb. G.İsrafilova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını və əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ünvanlı sosial yardım proqramlarının məqsədyönlü tətbiqi nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsinin azaldılmasına müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

Sonra aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

Bayram sovqatı alan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və  rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Ramazan ayı ərzində rayonda müxtəlif ünvanlarda aztəminatlı ailələr üçün iftar süfrələri açılıb, təşkilat və cəmiyyətlər tərəfindən bayram sovqatları paylanılıb.






Fikirlər