BU GÜN Bakıda “FORMULA-1” yarışları KEÇİRİLƏCƏK

Bu gün Bakıda “Formula-1” yarışları keçiriləcək

Yarışda hər birindən iki pilot olmaqla, 10 komanda iştirak edəcək.

"AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, turnirə saat 15:30-da pilotların paradı ilə start veriləcək. Açılış mərasimi isə 20 dəqiqə sonraya təyin olunub. Saat 16:46-da dövlət himni səslənəcək. Nəhayət, 17:00-da Qran-pirinin həlledici mərhələsi başlayacaq. Pilotlar hökümət meydanından başlayaraq, Qız Qalası, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Hər dairənin uzunluğu 6.003 km, trekin ümumu məsafəsi isə 306.049 km-dir.

Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən "Formula-1" üzrə Avropa Qran-prisində “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub (1:46.485).






Fikirlər