Qərb Universitetində abituriyentlər üçün psixoloji seminar keçirildi-FOTO

Qərb Universitetində abituriyentlər üçün psixoloji seminar keçirildi-FOTO

Bu gün Qərb Universitetində "Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib.

Tədbirdə Türkiyənin İstinye Universitetinin İnsan Resursları direktoru Eda Ustanın, İstinye Universitetinin rektor yardımçısı Göksel Aşanın, "Loqos” Psixoloji və Nitq Mərkəzinin direktoru Təranə Məmmədovanın, "Üstün zəkalılar” İnkişaf və Psixologiya Mərkəzinin direktoru Aynur Akmeşenin və Eros Psixologiya Mərkəzinin direktoru Vəfa Əkbərin çıxışları dinlənilib.
Seminarda tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov "İmtahan həyəcanının azaldılması yolları” və Qərb Universitetinin dosenti, İnnovasiyalar Şöbəsinin müdiri Rauf Həsənov "Doğru ixtisas seçimi” mövzularında təqdimatlar ediblər.
 Abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlığın aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün seçim etmələri və s. kimi mövzular ətrafında tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qərb Universitetində abituriyentlər üçün psixoloji seminar keçirildi-FOTO

Qərb Universitetində abituriyentlər üçün psixoloji seminar keçirildi-FOTO

 






Fikirlər