ADU-nun tələbələri Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsində UGUR QAZANDI

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisasının III kurs tələbəsi İlkin İsmayılov və II kurs tələbəsi Ziba SadıqlıGürcüstanın Tbilisi Azad Universitetində keçirilən GUAM ölkələrinin 5-ci Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsində iştirak edib.

ADU-nun Yaponiya Araşdırmalar mərkəzinin rəhbəri Yaşar İbrahimovun da münsif kimi iştirak etdiyi müsabiqəyəAzərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Belarus və Ermənistandan 18 nəfər tələbə qatılıb.

Beynəlxalq Yapon Fondu tərəfindən dəstəklənən və hər il keçirilənyarışmadaİlkin İsmayılov III yerə, Ziba Sadıqlı isə V yerə layiq görülüb.

Tədbirin sonunda GUAM ölkələrinin 6-ci Beynəlxalq Yapon dili Natiqlik MüsabiqəsininUkraynada keçirilməsi qərara alınıb.AzerTaym.az

 






Fikirlər