Laçın icra başçısı məmuru vəzifəsindən azad etdi - Yerinə TƏYİNAT OLDU

Laçın Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Report xəbər verir ki, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edilib.

Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quliyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Şahbazov 2016-cı ildən bu vəzifəni icra edirdi.






Fikirlər