Səməd Seyidov "Biz burada nə edirik, NƏ üçün bu TƏŞKİLATDA QALMIŞIQ?"

 Related image

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda başlayan payız sessiyasının ilk plenar iclasında qurumun fəaliyyətinə dair hesabat ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın gələcəyi ilə bağlı nikbin olmadığını bildirib: "Əfsuslar olsun ki, mən AŞPA-nın gələcək fəaliyyətinə dair burada həmkarlarımın səsləndirdiyi nikbin fikirləri bölüşə bilməyəcəyəm. Təşkilatımız hazırda çox çətin bir vaxtını yaşayır. 
Hesabatın adı təşkilatın fəaliyyətində irəliləyişlər barədədir, amma Umberto Ekonun dili ilə desək, bu, tərsinə gedən irəliləyişdir. İrəli getmək əvəzinə, biz geriyə addımlayırıq. Bizi dalana salan məsələ təşkilatda liderliyin və hədəfin olmamasıdır. Təəssüf ki, biz burada təşkilatın əsas prinsipləri olan demokratiya, insan hüquqları və qanunun aliliyinin qorunması əvəzinə, daha çox kreslo, vəzifə üstündə mübarizə, şəxsi çəkişmələrin şahidi oluruq. Bu da bizim təşkilatın nüfuzuna ciddi zərbə vurur”.
 S. Seyidov AŞPA-da sədr seçkisinə oxunub: 
"Bu gün biz yeni sədr seçirik. Mən yeni sədrin kim olacağını bilmirəm, amma ümid edirəm ki, yeni sədr bizi baş verən bu böhrandan çıxarmaq üçün lazımi əzmkarlıq nümayiş etdirəcək və buna gücü çatacaq. Biz görəndə ki, buradakı bəzi parlamentarlar, eləcə də Avropa Şurasının baş katibi bir sıra üzv ölkələrə qarşı çox aqressiv və dözümsüz bəyanatlar verirlər, o zaman özümüzə belə bir sual veririk ki, bəs biz burada nə edirik, nə üçün bu təşkilatda qalmışıq? 
Biz müsəlman ölkəsi olaraq Avropa dəyərlərinin inkişafına öz töhfələrimizi vermişik. Amma nədənsə ən çox təzyiq bizə qarşı olur. Biz, özlərini Roma papasından daha çox katolik kimi aparan bəzi Avropa siyasətçilərinin əsassız təzyiqlərini qəbul etmək fikrində deyilik. 
İstədiyimiz odur ki, təşkilatın bütün üzv ölkələrinə eyni adekvat münasibət sərgilənsin. Amma biz hətta AŞPA daxilində separatizm cərəyanlarını görürük və bu, bizi bir sual ətrafında da düşünməyə vadar edir: nədən biz bu təşkilatdayıq? Bu sualın cavabını hələlik bilmirəm”.
APA






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi