MEHRİBAN Zeynalova ilə qadın qətllərinin müzakirəsi CANLI YAYIMda olacaq

Siz də qoşulub, suallarınızı verə bilərsiniz...

Xəbər verdiyimiz kimi, ötən həftədən etibarən “Yeni Müsavat” qəzetinin Facebook səhifəsində yeni bir layihə oxucularla görüşə gəlir. Hər həftə oxucularımızı maraqlandıran qonaqlarla canlı yayım vasitəsilə müsahibələr təşkil edirik. Müxtəlif peşə sahibləri canlı yayımda qonağımız olaraq, bizi və oxucuları maraqlandıran bütün sualları cavablandırır.

Layihəmizin bu dəfəki qonağı “Təmiz DünyaQadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır. Dekabrın 22-də, saat 15.00-16.00 radələrində canlı yayımda sizi maraqlandıran bütün sualları ona yönləndirə bilərsiniz. 

Təcrübəli qadın hüquq müdafiəçisi son zamanlar cəmiyyətdə sayı sürətlə artan qadın qətlləri, qadın zorakılıqları ilə bağlı durumu təhlil edəcək, rəhbəri olduğu qadın sığınacaq evinə pənah gətirən qadınların taleyindən danışacaq, həm də oxucularımızdan gələn bütün sualları cavablandıracaq. 

Dəyərli “Yeni Müsavat” oxucuları, canlı yayıma siz də suallarınızla qoşulun və qadın hüquqları, qadın zorakılıqları, eləcə də bundan çıxış yolları ilə bağlı sizi maraqlandıran bütün suallarınıza cavab tapın.

Bunun üçün Facebookda “Yeni Musavat” səhifəsinə daxil olub, canlı yayımda müzakirənin gedişi zamanı suallarınızı yazmanız və ya adınızın məxfi qalmasını istəyirsinizsə, inboxa suallarınızı göndərməniz kifayətdir.

Musavat.com

 






Fikirlər