“Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasına YENİ TƏRKİBDƏ gedəcək”

 Image result for səməd seyidov 

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, təşkilatın yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək.

Milli Məclisdən bildirilib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar. Bu AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir.

Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər.

AzerTaym.az






Fikirlər