Bakı-Rostov sərnişin qatarının HƏRƏKƏT CƏDVƏLİNDƏ dəyişiklik ediləcək

Dəyişiklik Rusiya tərəfdən qaynaqlanır

Bakı - Rostov sərnişin qatarının hərəkət cədvəlində yanvarın 27-dən etibarən dəyişiklik ediləcək.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən AzerTym.az verilən məlumata görə, “Rusiya Dəmir Yolları” ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir.

Qatar öz dövriyyəsi ilə - payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, 27.01.2018-ci il tarixdən etibarən ayın tək tarixlərində saat 3-25-də yola düşəcəkdir.

Sərnişin qatarlarının 27.01.2018-ci il tarixdən etibarən hərəkət cədvəli

 

 






Fikirlər