Qərbi KASPİ Universitetində İNGİLİS dili üzrə FİNAL İMTAHANLARI belə keçirilir

Hazırda əmək bazarında ingilis dilli üzrə biliklərin mühüm üstünlük kimi qəbul edildiyini və hər bir ixtisasın incəliklərinə yiyələnməkdə bu dil üzrə biliklərin əhəmiyyətli rolunu nəzərə alaraq Qərbi Kaspi Universiteti intensiv ingilis dili dərsləri təşkil edir.

Bu dərslərin keyfiyyətli təşkili üçün tələbələrin bilik səviyyəsini müəyyən etmək məqsədi ilə tədris ilinin əvvəlində diaqnostik imtahanlar keçirilib. Diaqnostik imtahanlarla tələbənin hansı "level”ə uyğun gəldiyi müəyyənləşdirilib və qruplaşdırma bu prinsiplə aparılıb.

Daha iki ay sonra tələbələrin ingilis dili biliklərindəki dinamikanı izləmək məqsədi ilə Proqress imtahanlar təşkil edilib. Hazırda isə bu semester üzrə biliklərin qiymətləndirilməsini aparmaq məqsədi ilə Kembrdic üsulu əsasında Final imtahanlar təşkil edilir.

Bu imtahan formasında tələbələrin bilik və bacarıqları 4 komponent üzrə qiymətləndilir: “Reading” (oxuma), “Writing”(yazma), Listening (dinləmə) və “Grammer”(qrammatika).

İngilis dilinin bu səviyyədə tədrisi xarici universitetlərdən dəvət olunan mütəxəssislərin  mühazirələrini sərbəst şəkildə dinləmək, ən son elmi nailiyyətlərin, nəzəriyyələrin əks olunduğu ədəbiyyatlar və elektron resurslarla tanış olmaq, beynəlxalq təhsil layihələrində iştirak etmək imkanlarından yararlanmaq və tələbələrdə bugünkü əmək bazarının tələblərinə uyğun kompitensiyalar formalaşdırmaq üçün nəzərdə tutulub.

AzerTaym.az






Fikirlər