Artıq 5 aydır Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbəri təyin olunan vergilər naziri Mikayıl Cabbarov quruma daha bir şərt qoyub.
AzerTaym.az-ın əldə etdiyi məlumata görə, federasiya rəhbərinin göstərişi ilə milli komanda “milliləşmə”lərdən imtina etməlidir.
Belə ki, yerli idmançılara üstünlük verilməli, gənc qılıncoyanadanlar yetişdirilməlidir. Yeni qərara görə, federasiya uzun müddət əcnəbi idmançıları yığma komandaya cəlb etməyəcək. Əksinə bütün bölgələrdə qılıncoynatmaya maraq oyadılmalı və oradan milliyə yararlı idmançılar seçilməlidir. Qərar həm kişilərin, həm də qadınların yığmasına şamil edilib.
Aldığımız digər məlumata görə, rəhbərliyin göstərişi ilə idmançıların maaşı yenidən hesablanır və göstərdikləri uğura görə qiymətləndirilir.