ALLAHŞÜKÜR Paşazadənin QARDAŞI SƏRDAR Cəlaloğluna CAVAB VERDİ

11 aprel tarixində keçirləcək seçkilərdə iştirak edəcək prezidentliyə namizədlər həftənin birinci, ikinci və üçüncü günləri İctimai TV-də debata çıxırlar.

Dünənki debatda  Azərbaycan Demokrat Partiyasının (ADP) prezidentliyə namizədi Sərdar Cəlaloğlu (Məmmədov) çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bağlı sərt açıqlaması ilə diqqət çəkib.  Şeyxin Qubada 100 hektara yaxın torpaq sahəsini zəbt etdiyini və orada geni dəyişdirilmiş meyvə ağacları yetişdirdiyini söyləyib.

Modern.az saytı şeyxin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlayaraq, ondan ADP sədrinin ittihamlarına cavab istəyib. C.Paşazadə deyib ki, mətbuata bununla bağlı geniş açıqlama vermək fikri yoxdur.

Sadəcə onu deyə bilərəm ki, bu cür adamlar seçkiqabağı ölkədə mənfi imic formalaşdırmaq istəyirlər. Daxildə nifaq salmağa çalışırlar. Bu cür fikirlərin əsası yoxdur. Boş-boş söhbətlərdir. Ümumiyyətlə, bu cür insanların fikirlərinə mətbuatda geniş cavab vermək fikrim yoxdur.  Belələri nə gəldi danışırlar. 100 hektar, 500 hektar və daha nələr... Bir sözlə, Sərdar Cəlaloğlu həqiqətə uyğun olmayan, əsassız fikirlər danışır”...






Fikirlər