FÜZULİDƏ pambıqçılıq MÜŞAVİRƏSİ keçirildi

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr barədə Füzuli rayon pambıqçılarının ümumrayon müşavirəsi keçirilib

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-Təşkilat şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatları, pambıq istehsalçıları, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İcra başçısı Alı Alıyev müşavirədə bildirib ki, martın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda keçirilmiş pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsində ölkə başçısı yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlar verib. Bunlardan biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.

“Prezident cənab İlham Əliyev müşavirdə qeyd etdi ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir.Ölkə başçısının müşavirədə söylədiyi giriş və yekun nitqindən irəli gələn məsələlər bizim də qarşımızda duran əsas məsələlərdən biridir”-deyən Alı Alıyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda 2018-ci ildə 2100 ha ərazidə pambıq əkilməsi planlaşdırıldığını vurğulayıb. Alı Alıyev bundan 287 nəfər istehsalçı  olmaqla 1412 hektarın Füzuli Kənd Təsərrüfatı MMC ilə, 80 nəfər istehsalçı olmaqla 590 hektar “Azərpambıq” MMC ilə  müqavilə bağlandığını, 14 nəfər istehsalçı isə 97,3 hektar fərdi qaydada pambıq əkəcəyini deyib. Artıq pambıq əkiləcək sahələrə baxış keçirilib. Nəzədə tutulan bütün sahələrdə şum işi tam başa çatıb, pambıq sahələri arat edilib, mala işi aparılıb, yaxın günlərdə çiyid səpininə başlanılacaq.  

Alı Alıyev vurğulayıb ki, RİHB Aparatının aidiyyəti şöbəsi, Kənd Təsərrüfatı İdarəsi, Füzuli Kənd Təsərrüfatı MMC və Azərpambıq MMC və aidiyyəti təşkilatlar öz işlərini ölkə başçısı İlham Əliyevin Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsində qarşıya qoyduğu vəzifələr üzərində qurmalıdır.

Müşavirədə Azərpambıq MMC-nin nümayəndəsi Fazil Hacıyev, Füzuli Kənd Təsərrüfatı MMC-nin müdiri Vüsal Quliyev çıxış ediblər.

Prezident Administrasiyasının Ərazi-Təşkilat şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev respublika müşavirəsindən irəli gələn vəzifələr barədə danışıb. Bildirib ki, 2017-ci ildə respublika üzrə 2007 min ton pambıq istehsal olunub. Qeyd edib ki, Prezident İlham Əliyev yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.

Diskussiya şəraitində keçən müşavirədə aidiyyəti qrumların nümayəndələri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışıblar, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə ediblər.

 AzerTaym.az






Fikirlər