PREZİDENT TAHİR Əmiraslanovu “ŞÖHRƏT” ORDENİ ilə təltif etdi

Prezident İlham Əliyev Tahir Əmiraslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə Tahir İdris oğlu Əmiraslanov “Şöhrət” ordeni ilə təltif edilsin.

Prezidentin digər sərəncamı ilə Mövlud Balakişiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 Sərəncamda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) “Şöhrət” ordeni ilə təltif edilsin.






Fikirlər