“TELEVİSİYAlARIMIZda MÜHARİBƏYLƏ, İŞĞALLA və SOYQIRIMLa bağlı SİLSİLƏ verilişlər GÜNDƏMDƏ DEYİL..”

Image result for Şeyx Əbdül Mahmudbəyov

Bu gün Türkiyə televiziyasında “Savaşçı” və “Söz” kimi filmlər təqdim olunur.

Çəkilən filmlərin əsas mahiyyətini ordunun ölkənin suverenliyini qorumaq üçün düşmənə qarşı mübarizəsi təşkil edir.

Təqdim olunan filmlər həm də bizim izləyicilərin də marağına səbəb olub. Hər həftə bu filmin hər seriyasını səbirsizliklə gözləyən adamlar var. Bəs bu gün bizdə niyə belə bir filmlər çəkilmir? Çəkilən filmlərin isə çoxunda milli ideologiya ilə bağlı heç bir şey yoxdur. 

Moderator.az-ın suallarını cavablandıran kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov bildirib ki, belə filmlərin çəkilməməsinə səbəb kino mədəniyyətinin dövlət səviyyəsində peşəkar insanların əlində olmamasıdır:
Mən həmişə bunu demişəm: kino təkcə sənət əsəri deyil, kino həm də ideoloji təbliğat vasitəsidir. Sözsüz ki, bu ideologiyaya dövlətin daxili, xarici siyasəti və əxlaqi mənəvi dəyərləri daxildir. Kinonun bir çox janrları var. Sovet dönəmində bütün mövzular planlaşdırılırdı. Bu sistemlə çəkilən filmlərimizə indi də çox fərəh hissi ilə baxırıq. Bu gün belə filmlərin çəkilməsinin obyektiv səbəbi kino mədəniyyətinin dövlət səviyyəsində peşəkar insanların əlində olmamasında irəli gəlir. Bu, sistem şəklində formalaşmalıdır və dövlət səviyyəsində nəzarətdə olmalıdır. Bu işlə məşğul olan elm və sənət adamları məsul olmalıdırlar”. 
Şeyx Əbdül  filmə çəkilənlərin çoxunun öz yaxınları olduğunu qeyd edib:
Hansısa yollarla pul tapıb film çəkirlər. Bunların kino mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Pul tapıb filmə biri baldızın, o biri qaynanasın və başqası da bacanağın çəkir. Bunlar planlaşdırılmış şəkildə sistemləşdirilmiş sənət deyil. Ona görə də icmaiyyət də çaş-baş qalır. Boş yerə ortada pullar xərclənir”. 
Şeyx Əbdül Türkiyədəki kimi filmlərin bizdə çəkilməsinin vacibliyini vurğulayıb:
Kino ədəbi materialdan başlayır. Mövzular planşadırılır və maliyyə ayrılır. Bu da tapşırılır dövlət nəzarətində olan peşəkar insanlara. Bizə belə filmlər lazımdı. Azərbaycan müharibə şəraitində olan ölkədir. Biz milli soyumuza kökümüzə qayıtmalıyıq və milli ideologiyamızı bərpa edərək böyük işlər görə bilərik. Hesab edirəm ki, bu gün Azərbaycan xalqının hər şeydən çox təbliğata ehtiyacı var. Dünyanın heç bir yerində dövlət kino üçün pul ayırmır. Azərbaycan yeganə dövlətdir ki, kinoya böyük məbləğdə pul ayırır. Dövlətimizin rəhbəri nə lazımdırsa, edir”. 
Şeyx Əbdül bildirib ki, efirlərimizdə yemək bişirməyə vaxt ayırırlar, tarixi verilişlər isə yox:
Televiziyaların bozbaş bişirməyə bu qədər vaxt ayırmağına nə ehtiyac var. Bu yalançı həkimləri nə qədər təbliğ edərlər. Ailə məsələlərini nə qədər efirdə müzakirə edərlər. Televiziyalarımızda müharibəylə, işğalla və soyqırımla bağlı silsilə verilişlər gündəmdə deyil. Səhərdən axşama kimi xörək bişirməklə məşğuldurlar.
AzerTaym.az






Fikirlər