BAKI MƏKTƏBLİLƏRİ ÜÇÜN ROBOTOTEXNİKA TƏLİMLƏRİ başladı – WESTERN CASPIAN-da

Qərbi Kaspi Universitetinin (Western Caspian University) Texnoparkı məktəblilər üçün robototexnika təlimlərinə başlayıb.

AzerTaym.az bildirir ki, təlimlər universitetin mütəxəssisləri və Texnoparkın nəzdində yaradılmış Robototexnika Klubu-nun üzvü olan tələbələr tərəfindən 9-11-ci sinif şagirdləri üçün ödənişsiz olaraq aparılır.

Məktəblilərə LEGO EV3 platforması və ARDUİNO üzərində təlimlər keçilir.

Məlumat üçün bildirək ki, Qərbi Kaspi Universitetinin mütəxəssisləri bu aydan etibarən region məktəbliləri üçün də region məktəblərinə gedərək təlimlər keçməyə başlayıblar.

Qeyd edək ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir.

Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir.

Universitetin Texnoparkında işlənən Vooby layihəsi bu günlərdə Türkiyədə keçirilən beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıb.






Fikirlər