DİASPOR SƏDRİNİ QIZINI ERMƏNİYƏ VERMƏYƏ ARVADI MƏCBUR EDİB – VİDEO +Fotolar

daspor.az_2018-04-30_12-35-37-563x353.jp

Azərbaycanlı diaspor sədrinin qızı erməni oğlanla ailə həyatı qurub.

Diaspor.az xəbər verir ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızı erməni oğlanla ailə həyatı qurub.

Toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.
Qızın erməni oğlanla sevgili olduğundan xəbər tutan diaspor sədri A.Kərimov əvvəllər buna razı olmasa da sonradan razılıq verib. Mənbənin sözlərinə görə, hətta buna görə, A.Kərimov həyat yoldaşı Rigina Kərimova ilə qeyri-rəsmi şəkildə boşanıb. Amma boşanma ilə heç bir müsbət nəticənin olmadığını görən Kərimov yenidən həyat yoldaşı ilə münasibətlərini bərpa edib. Məlumata görə, Kərimovun həyat yoldaşı da erməni əsillidir. Elə buna görə də, R.Kərimova qızının erməni oğlanla evlənməsini müdafiə edib.
Toy mərasimində Kərimov qızına və erməni kürəkəninə xeyir-dua verib. Eyni zamanda, mərasimdə erməni və Azərbaycan musiqilərinin sədaları altında diaspor sədri və onun erməni qudasının rəqs etməsi də öz əksini tapıb.

Qeyd edək ki, azərbaycanlı diaspor sədrinin qızının erməni oğlanla ailə həyatı qurması Moskvada yaşayan azərbaycanlılar arasında birmənalı qarşılanmayıb. Soydaşlarımız arasında .Kərimova etiraz edənlərin sayı gündən-günə çoxalır. Elə buna görə də, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsində bu hadisədən sonra A.Kərimova qarşı inamsızlıq yaranıb və təşkilatın içərisində parçalanma müşahidə olunub.

Özünü Azərbaycan türkü kimi dərk edən insanın indiki şəraitdə erməni ilə yaxınlaşması üçün lazımi ictimai-siyasi mühit formalaşmayıb”.

Qızını erməniyə verən azərbaycanlı diaspor sədrinə qarşı sərt sözlər:

Sabiq millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı isə musavat.com-a  bildirib ki, Rusiyada elə bir azərbaycanlı diaspora sədrinin olmasından xəbərsizdir: “Bildiyim qədər, Rusiyada Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri bir qadındır. Bu təşkilatın regional bölmələrinin sədrlərini isə tanımıram. Elə bir diaspora sədri yoxdur. Bu faktın özünə gəlincə, ermənilərlə münasibət quran insanlar var. Azərbaycandan çıxan elə insanlar var ki, gedib İrəvanda konfrans keçirir, ermənilərlə dostluq edir. Onlardan hər hansı biri gedib qohum da ola bilər. Bu bütün xalqın xarakterini göstərən bir əlamət deyil. Bunu qəsdən edənlər də ola bilər, millətin əsəblərini yerindən oynatmaq üçün edənlər də ola bilər. Məsələnin kökünü bilmədən ümumi fikir demək olmaz. Ölkəmizdə anası, yoldaşı və ya gəlini erməni olan kifayət qədər insanlar var. Onlardan doğulan uşaqlar da evlənmək üçün gedib erməni axtaracaqlar. Burada təəccüblü heç nə yoxdur”.

Azərbaycanlı yüksək vəzifəli məmurun qızı erməniyə ərə getdi - FOTO
Azərbaycanlı yüksək vəzifəli məmurun qızı erməniyə ərə getdi - FOTO
Azərbaycanlı yüksək vəzifəli məmurun qızı erməniyə ərə getdi - FOTO

 






Fikirlər