"ƏVVƏL BU SİSTEMDƏ ÇOXLU RÜŞVƏT halları var idi" — Nazir müavinindən ETİRAF

"Əvvəl bu sistemdə çoxlu rüşvət halları var idi" — Nazir müavinindən ETİRAF

"Azərbaycan müharibə şəraitində yaşayır, ilk növbədə ölkənin müstəqilliyi uğrunda mübarizə nəticəsində əlil olan və şəhid ailələrinin evlə təminat məsələsi həll edilir.Yaxın 4 il ərzində əlillərin evlə təminatı məsələsi həll olunacaq".

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Milli Məclisdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib:

Nazir müavini bildirib ki, digər əlillərin isə müvafiq icra hakimiyyəti tərəfindən evlə təmin edilməsi istiqamətində iş aparılır:
"Şəhid ailələrinin ailələri, Qarabağ əlillərinə fərdi yaşayış evləri ilə təminatı məsələsi barədə məlumatlar nazirliyin saytında var. Bu hər il 350- 400 nəfəri əhatə edir".

N.Məmmədov əlilliyin qiymətləndirilməsi ilə bağlı millət vəkillərinin təklifləri ilə razılaşdığını bildirib:
"Bu gün əlilliyin müəyyənləşdirilməsi xəstəliklərin beynəlxalq təsnifatı əsasında həyata keçirilir. Səhiyyəmiz inkişaf edir. Yeni nazir Sahil Babayevin iki gün verdiyi tapşırığa əsasən əlillər arasında risk qrupuna daxil olan şəxslərin siyahısı hazırlancaq. Lakin əllilliyin müəyyənləşdirilməsində xəstəni görmədən rəy verilməsi qaydası ilə bir həkim olaraq mən də razı deyiləm. Səhiyyə Nazirliyinin elektron bazası yaradılıb, hər bir şəxs barədə eletron məlumat olmadığı halda, xəstəni görmədən əlillik dərəcəsi verməklə razı deyiləm. Əlilliyin qiymətləndirilməsinin müsbət tərəfləri var. Bu vətəndaş məmur münasibətlərini sıfıra endirib. Əvvəl bu sistemdə çoxlu rüşvət halları var idi. Bu gün tibbi komissiyalar barədə rüşvət və korrupsiya ilə bağlı şikayət olmur".

N.Məmmədov əlillərin vaxtaşırı müayinəyə cəlb edilməsi barədə millət vəkillərinin iradına da münasibət bildirib:
"Anotomik patologiyalarla müraciət edən şəxslərə əlillik dərəcəsi almaq üçün vaxt müəyyən etmək də doğru deyil. Bu məsələdə də millət vəkilləri ilə razıyam. Digər əlilliklərlə bağlı isə vaxtaşırı müayinənin olması mütləqdir. Çünki bəzi əlillik halları müəyyən müddət sonra sağalır".

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

ölkə.az






Fikirlər