QƏRBİ KASPİ Universitetində ELMİ KONFANS keçirilib

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Qərbi Kaspi Universiteti, AMEA-nın Fəlsəfə və Tarix İnstitutlarının birgə təşkil etdiyi konfransda AMEA-nın və ali təhsil ocaqlarının elmi tədqiqatçıları, müəllim və professorları iştirak ediblər.

Universitetin rektoru Andris Leitas ulu öndər Heydər Əliyevin dahi siyasətçi kimi bütün dünyada tanındığını, Azərbaycan xalqının və regionun inkişafındakı xidmətlərinin ona böyük rəğbət qazandırdığını vurğulayıb.

Rektor Qərbi Kaspi Universitetinin müstəqil Azərbaycanla bərabər addımladığını və bu illər ərzində ölkəmizin təhsil uğurlarını zənginləşdirən mühüm nailiyyətlər əldə etdiyini, savadlı, intellektual, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda tolerant gənc nəsilin yetişməsinə töhvələr verdiyini qeyd edib.

Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxovun, AMEA-nın Fəlsəfə İnstitutunun tarix üzrə fəlsəfə doktoru İradə Zərqanın, AMEA-nın Tarix İnstitutunun tarix üzrə fəlsəfə doktoru Sona Qurbanovanın,

Qərbi Kaspi Universitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyevanın və Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun çıxışlarında Azərbaycanın dövlətçilik ənənələri, ulu öndərin Azərbaycanın 90-cı illərdə üzləşdiyi böhrandan çıxaraq bugünkü inkişaf səviyyəsinə çatmasındakı rolu, daxili və xarici siyasətdəki nailiyyətlər nəzərdən keçirilib.

Daha sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev: dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib.

Konfrans panel iclaslarında işini davam etdirib.






Fikirlər