“KAPİTAL BANK” “BirKart” müştəriləri üçün lotereya keçirir

"Kapital Bank ASC "BirKart” müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir. 

AzerTaym.az xəbər verir ki, 15 may – 15 sentyabr tarixləri arasında partnyor mağazalar şəbəkəsində "BirKart” ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.
Bu barədə Bankdan məlumat verilib.
Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-si tarixində keçiriləcək tiraj ərzində 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.
Qeyd edək ki, "BirKart”ı artıq məvacib və pensiyasını "Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, "Kapital Bank”ın istənilən filialına kart üçün müraciət edə bilərlər.
"BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək taksitlə hissə-hissə ödəmək imkanı, 40 günədək faizsiz kredit xətti, kartda olan tam məbləğin nağdlaşdırılması, həmçinin 10%-dək "Cash Back” imkanı. Visa kartları əsasında olan "BirKart” 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
"BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.






Fikirlər

Şərh müəllifi: Ellindurf                 Tarix: 8 iyun 2018 07:32                 [ Cavabla ]
Levitra 20 Mg Precio Espana Sublingual Viagra online cialis Order Alli Commander Du Kamagra En Ligne

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi