İNAM KƏRİMOV: “MƏQSƏDİMİZ KƏNDLİYƏ YAXIN OLMAQ, fermerlə...”

İnam Kərimov: “Məqsədimiz kəndliyə yaxın olmaq, fermerlə...”

“Kənd Təsərrüfatı Nazirliyi sistemində kifayət qədər dəyərli, professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Lakin bu sahə daim yenilənən bir istiqamətdir”.

 AzerTaym.az-ın xəbərinə görə, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında nazirlikdə kadr dəyişikliyinin olacağı ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

O deyib ki, bu vaxta qədər nazirlikdə heç kim işindən azad edilməyib:

“Bildiyiniz kimi, bu vaxta qədər Kənd Təsərrüfatı Nazirliyində heç kim işindən azad edilməyib. Sadəcə yerdəyişmələr olub, bu formada da davam edir”.

Nazirlikdə yeni kadrlara daha çox imkan yaradılması ilə bağlı fikirlərə münasibət bildirən nazir, müasir düşüncəli şəxslərə önəm verildiyini diqqətə çatdırıb:

“Bizim leksikonumuzda gənc yox, müasir düşüncəli kadrlar var. O kadr həm gənc, həm də orta yaşlı ola bilər. Çalışırıq ki, nazirlikdə innovativ və müasir düşüncəli kadrlar olsun”.

İ.Kərimov nazir təyin ediləndən sonra fermer və aidiyyəti qurumlarla keçirdiyi görüşlərdən sonra aşkarlanan problemlərdən də danışıb:

“Prosesin içərisindəyik, məqsədimiz problemləri eşitməkdir. Cənab Prezident tərəfindən qarşımıza qoyulan əsas fəaliyyət istiqaməti fermerlərə, kəndlilərə yaxın olmaq onların qayğısını dinləmək, problemləri yerində görməkdir. Nazirlik olaraq həmin problemlərin həllinə çalışmaq bizim əsas işimizdir”.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi