Azərbaycanda 8 prokurorluq əməkdaşı VƏZİFƏSİNDƏN AZAD EDİLİB

Azərbaycanda 8 prokurorluq əməkdaşı vəzifədən azad edilib

2018-ci ildə Azərbaycanda prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

 "AzerTaym.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilmiş geniş kollegiya iclasında qeyd edilib. Bildirilib ki, hesabat dövründə intizam məsuliyyətinə cəlb edilən prokurorluq işçilərindən 16-na töhmət və şiddətli töhmət elan edilmiş, 1 nəfər aşağı vəzifəyə keçirilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Kollegiya iclasında bildirilib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla 431 vəzifəli şəxs barəsində 278 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. həmin işlər üzrə 53.3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34.2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyətində respublikanın dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm vermiş, hesabat dövründə Baş İdarə ilə Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında aidiyyəti sahələrdə korrupsiyaya qarşı birgə mübarizənin daha effektiv şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi