ÇEÇEN NAZIR də azərbaycanlılarla insidentə MÜNASİBƏT BİLDİRDİ...

Çeçen nazir də azərbaycanlılarla insidentə münasibət bildirdi

Rusiyada çeçenlərlə azərbaycanlılar arasında yaşanan insident barədə Çeçenistan rəsmisi də açıqlama verib.

 "AzerTaym.az" "qafqazinfo"ya istinadla xəbər verir ki, Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun olayla bağlı açıqlamasına münasibət bildirib. O, Çeçenistan rəhbərliyinin fevralın 14-ü baş vermiş olaydan məlumatlı olduğunu, münaqişənin təfərrüatlarının aydınlaşdırıldığını deyib:

"Biz davanın səbəbkarlarını axtarırıq. Baş vermiş hadisəyə görə təəssüf edirik".

Qeyd edək ki, Əli Həsənov hadisəylə bağlı açıqlamasında Azərbaycan və çeçen xalqları arasında əlaqələrin tarixin sınağından çıxdığını və nümunəvi xarakter daşıdığını qeyd etmişdi.






Fikirlər