İsa Qəmbərin ata YURDU işğaldan AZAD edildi - Reaksiya

İsa Qəmbərin ata yurdu işğaldan azad edildi - Reaksiya

Atamın doğulduğu kəndin işğaldan azad edilməsi münasibətilə dostlar zəng edib təbrik edir,  jurnalistlər fikrimi-hissimi soruşurlar. Çox sağ olsunlar!”.

 "AzerTaym.az" bildirir ki, bu sözləri Müsavat Partiyasının keçmiş başqanı, Milli Stratehi Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Füzuli rayonunun Kürdlər kəndinin azad edilməsi barədə deyib.

İsa Qəmbər əlavə edib ki, Azərbaycan torpağının hər qarışı onun üçün müqəddəsdir. “Hər bir kəndimizin, şəhərimizin azad edilməsinə çox sevinirəm.

Bu gün isə ən çox sevindiyim Zəngilanın azad edilməsiylə  Azərbaycanımızın öz cənub sərhədlərinə sahib çıxması, bu sərhədlərin Ermənistanın (və dolayısı ilə Rusiyanın) nəzarətindən qurtulmasıdır.

Bu geostrateji uğurdur!”, - deyə o vurğulayıb.






Fikirlər