Bir qrup tanınmış şəxs Eldar Həsənova ZAMİN durdu

Eldar Həsənov

Bir qrup ziyalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə hazırda həgbsdə olan sabiq səfir Eldar Həsənova görə müraciət edib.

"AzerTaym.az" bizimyol.info-ya istinadən xəbər verir ki, Xalq şairi Vahid Əziz, Xalq artisti Rasim Balayev, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən və Əməkdar jurnalist Əlövsət Ağalarov Eldar Həsənovun zaminə buraxılması ilə bağlı dövlət başçısına müraciət edib.

Müraciətdə Eldar Həsənovun səhhətində problemlər yaranması və cərrahi müdaxiləyə ehtiyac olması əsas gətirilərək , onun adı çəkilən ziyalıların zaminliyi ilə azadlığa buraxılması xahiş edilir.

 

Həmçinin müracitdə bildirilib ki, Eldar Həsənovun həbs olunduğu cinayət İşi çərçivəsində Xaici İşlər Nazirliyinin nəzarətə götürülmüş bütün əməkdaşları artıq azadlığa buraxılıb.

 

 

 

 

 

 






Fikirlər