Prezident Qubadlının Baş planı haqda sərəncam verdi

Prezident Qubadlının Baş planı haqda sərəncam verdi

Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılacaq. 

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək. 






Fikirlər