Nazarbayevin nəvəsi hakimiyyəti ələ keçirməyə hazırlıq barədə xəbərdarlıq edibmiş...

Nazarbayevin nəvəsi hakimiyyəti ələ keçirməyə hazırlıq barədə xəbərdarlıq edibmiş... 

“Elbasının ətrafı 400 nəfərlik sələfi qrupuna sponsorluq edərək onları dağlarda və meşələrdə gizlədir”

 Bu barədə o, “Facebook” səhifəsində yazıbmış

 Nursultan Abişeviçin nəvəsi Aysultan Nazarbayev il yarım əvvəl babasına ona qarşı sui-qəsdlə bağlı xəbərdarlıq edibmiş.

 Moderator.az bu barədə “Komsomolskaya pravda” qəzetinə istinadla xəbər verir. Belə ki, 6 iyun 2020-ci ildə o, “Facebook” səhifəsində aşağıdakı postu yazmışdı:

 “Bir və yeganə Allah Elbası Nursultan Nazarbayevə çatdırmağı xahiş edir ki, Elbasının ətrafı formalaşmış sələfilər qrupuna sponsorluq edir və onu lazım olan hər şeylə, o cümlədən silahlarla təmin edir. Onların sayı təxminən 400 nəfərdir. Onlar hakimiyyətin zorakılıqla, yəni zorla ələ keçirilməsinin icrası üçün bütün lazımi silahlarla silahlanıblar. Onları meşələrdə və dağlarda gizlədiblər, bəzilərini isə paytaxta yaxın Qazaxıstanın mərkəzinə köçürüblər! Peyk və radar kəşfiyyatı onları asanlıqla tapa bilər! Bu onların ikinci planıdır! Amma bu baş verməyəcək, çünki alfa və omeqa buna başlanğıc və son deyir!"

 Bir az sonra Aysultan yenə “Facebook” üzərindən “Qazaxıstanda planlaşdırılan çevrilişlə bağlı kəşfiyyat məlumatlarını” babasına ötürmək üçün Vladimir Putinə müraciət edib. Həm də adi dövlətlərarası kanallarla deyil, şəxsən Nazarbayevin özünə. Və bütün bunların arxasında MKİ durur:

 “Qazaxıstanda dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın xüsusi xidmət orqanları, yəni sələfi və islamçı radikal cərəyanlardan istifadə edən Mərkəzi Kəşfiyyat İdarəsi dayanırdı. Hər şey ya dini, ya da millətçilik əsasında başlayır! ...Əsas məsələ Rusiyanı mühasirəyə alıb onu zərərsizləşdirmək üçün Rusiyanın burnunun dibinə xaos salmaq idi. Bu plan hələ 1995-ci ildə planlaşdırılıb! ... Prezidentin yaxın ətrafı da iştirak edir, bu, diqqətlə düşünülmüş əməliyyat idi!” - deyə o, üç gün sonra yazıb.

 Artıq iyunun 14-də Aysultan yazır ki, prezident administrasiyasından həkimlər onun yanına gəlib, onu testlərdən keçməyə məcbur ediblər, nəticədə onun orqanizmində spirt və narkotik tapılıb. Gənc bunu hakimiyyətin ələ keçirilməsi ilə bağlı yazdığı postla əlaqələndirir.

 16 avqust 2020-ci il - bu hadisələrdən iki ay sonra Aysultan Nazarbayev Londonda vəfat edir. Britaniyalı ekspertlər ölüm səbəbinin kokain asılılığı olduğunu bildirirlər.

 Aysultan Nazarbayev Qazaxıstanın Birinci Prezidentinin böyük qızı Dariqanın və onun əri, media maqnatı və diplomat Rahat Əliyevin ortancıl oğludur. O, Sandherstdəki Britaniya Kral Hərbi Akademiyasını bitirib və Qazaxıstan Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin şəxsi heyətinə qəbul edilib. O, döyüşə bərabər olan əməliyyatlarda iştirakına görə Britaniya “Şücaətə görə” mükafatına layiq görülüb. O, peşəkar futbolla məşğul olub: Qazaxıstan, Avstriya klublarında oynayıb, həmçinin Londonun “Çelsi” klubunun heyətinə düşüb və “Porsmut”da oynayıb. İngiltərə çempionatının bürünc mükafatçısı olub.

 2017-ci ildə Aysultan babası Muxtar Əliyevin ölümündən və atasının Avstriya həbsxanasında intihar etməsindən sonra narkotik aludəçisi olduğunu və ondan istifadə etdiyini etiraf edib. Amma bəyan edib ki, aludəçiliyin öhdəsindən gəlməkdə ona babası Nursultan və Uca Allah kömək edib.

 2020-ci ilin fevralında isə “ailə”nin təzyiqi ilə Böyük Britaniyadan siyasi sığınacaq almaq üçün müraciət edib. O, ya tezliklə sıradan çıxarılacağından, ya da dəli elan olunacağından qorxurdu.

 






Fikirlər