Nazir oğlunun həbsinə sanksiya verildi - Kazinoda milyonlar uduzub

 

Fransa xarici işlər naziri Loran Fabiusun oğlu Tom Fabiusun həbsinə sanksiya verilib.

"AzerTaym.az" bildirir ki,  Strateq.az-ın xarici mətbuata istinadən xəbərinə görə  Fransa prokurorluğu T.Fabiusu oğurluqda və fırıldaqçılıqda ittiham edir. 

Fransanın «Le Figaro» nəşrinin yazdığına görə, diplomatın oğlu 2012-ci ilin mayında Las-Veqasdakı kazinoda 3,4 milyon dollar xərcləyib. Hadisə Fabius nazir təyin olunandan bir gün sonra baş verib. 

Cinayət işi bir il sonra başladılıb və təhqiqatın yekunu olaraq T.Fabiusun həbsinə qərar verilib.

Məlumata görə, nazir oğlu tez-tez Monako, ABŞ və Kiprdəki kazinolara gedirmiş. 2011-ci ildən 2012-ci ilə qədər onun kazinoda 15 milyon dollar uduzduğu, 13 milyon dollar udduğu bildirilir. 

 






Fikirlər