Komitə sədri də Eldar Mahmudovu "vurdu" - Açıqlama

 

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Qafqazinfo”ya maraqlı müsahibə verib.
 
"AzerTaym.az"-ın xəbərinə görə müsahibədə seçkiylə bağlı suallara cavab verən deputat, eyni zamanda MTN-də baş verənlərə də münasibətini açıqlayıb:
 
"Azərbaycan vətəndaşları Yaxın Şərqdə bölgəmizdə baş verən hadisələr fonunda cənab Prezidentin necə müdrik xarici siyasət yürütdüyünə bir daha əmin olublar. İqtisadi böhrana baxmayaraq, ölkəmizdə ümumən iqtisadi inkişaf tempinin qorunub saxlanması isə daxili proseslərə müsbət təsir göstərir. Eyni zamanda, cənab prezident tərəfindən son dövrlər həyata keçirilən keyfiyyətcə yeni idarəetmə islahatları və kadr dəyişiklikləri, xüsusən də Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin dəyişdirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni addımlar, verilmiş fərmanlar və sərəncamlar əhali arasında daha da böyük ruh yüksəkliyi yaratmışdır. Çünki hazırda korrupsiya və qanunsuz halların qarşısının alınmasında Prezidentin ən yaxın yardımçıları məhz insanlar özləri, ölkə ictimaiyyəti, və obyektiv araşdırıcı mətbuatdır.
Əlbəttə, cinayətkarlığa qarşı mübarizədə güc strukturlarının, hüquq-mühafizə orqanlarının hər zaman rolu olmuşdur və bu cəmiyyət tərəfindən dəyərləndirilir. Amma sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov kimi riyakar şəxsin fəaliyyəti ilə ölkəmizdəki ictimai-siyasi sabitliyin və təhlükəsizliyin heç bir əlaqəsi olmayıb. Azərbaycan dövlətçiliyinin, ölkəmizdəki sabitliyin, təhlükəsizliyin və inkişafın qarantı ölkə prezidentidir və onunla xalq arasında mövcud olan birlikdir. Məhz bu səbəbə görə nə xaricdən hər hansı bir qüvvələr, nə də ki ölkə daxilində baş verən bir sıra bu cür neqativ hadisələr ümumi müsbət ab-havaya təsir edir. Əksinə, zaman-zaman dövlətçiliyimizin inkişafı yolunda rast gəlinən bu cür maneələr aradan qalxdıqca xalqımızın ölkə prezidenti İlham Əliyevə və onun siyasətinə olan inamı daha da artmaqdadır". 

 






Fikirlər