Vasif Talıbovun oğlu deputat seçilib

 

“Vasif Talıbovun oğlu deputat seçilib

 

Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinə seçilən deputatlar arasında Ali Məclis sədri Vasif Talıbovun oğlu Seymur Talıbov da var.

Azərtaym.az "Report".a istinadən xəbər verir ki, S.Talıbov 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputat seçilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin Rəyasət Heyəti noyabrın 1-də Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib. Ümumilikdə, deputatların sayı 45-dir.

S.Talıbov London Universitetində ali təhsil alıb. O, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. S.Talıbov, həmçinin Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının Şura üzvüdür.

Qeyd edək ki, Vasif Talıbovun iki oğlu var. Böyük oğlu Rza Talıbovdur.

Vasif Talıbovun oğlu deputat seçilib

 






Fikirlər