Vaqif Abdullayev PREZİDENTə necə YALAN DANIŞIB? - FOTOLAR

Vaqif Abdullayev prezidentə necə yalan danışıb? -

28 avqust 2014 tarixində Prezident İlham Əliyevin Beyləqana rəsmi səfəri zamanı açılışı həyata keçirilən Beyləqanda Mərkəzi Şəhər Stadionu yağan birinci qar nəticəsində çökməsi barədə xəbər vermişdik.
Beyləqanın icra başçısı Vaqif Abdullayevin büdcədən ayrılan vəsait hesabına “təmir etdirdiyi” stadion qarın ağırlığına tab gətirə bilməyib.
Tikintisinin bitməsindən hələ il yarım keçməmiş çökən stadionun təmiri zamanı dövlət büdcəsinin göyə sovrulması ilə bağlı maraqlı faktlar məlum olub.
Tikintini hansı şirkət həyata keçirib?
Məlumata görə, RİH başçısı Vaqif Abdullayev Beyləqanda Mərkəzi Şəhər Stadionunun inşasını heç bir tender keçirmədən "İSPİK" MMC adlı tikinti şirkətinə həvalə edir. İcra hakimi ilə şirkət arasında “centlemen” sazişi bağlanılır və tikinti işi üçün 600 min manatdan çox məbləğ razılaşdırılır. Şirkətlə dədə-baba üsulu ilə aparılan bu razılaşma isə elədə uzun bir müddət davam etmir.
Prezidentin Beyləqana səfəri və gizlədilən faktlar
Bu “centlemen” razılaşmasından sonra təmir işlərinə başlayan şirkət 28 avqust 2014 tarixində Prezident İlham Əliyevin Beyləqana rəsmi səfərinə qədər stadionun böyük hissəsini hazırlaya bilir. Vəsaitin tam hissəsini ala bilməyən tikinti şirkəti stadionun daha çox kosmetik görüntüsünü tamamlaya bilir. Stadion vaxtında əvvəl istifadəyə verilir və Prezident İlham Əliyev açılışında iştirak edərək görülən işlərlə yaxından tanış olur.
V.Abdullayev bu fürsətdən istifadə edib ölkə başçısına daha çox görülən işlərlə tanış edir və tikintini başa çatdığını bildirir. Prezidentə stadionun təmiri zamanı Avropadan gətirilən tikinti materaillarından istifadə edildiyi də deyilir. Ölkə başçısının Beyləqana səfərinin bitməsindən sonra isə V.Abdullayevlə "İSPİK" MMC şirkəti arasında yeni çəkişmə başlayır. Bu dəfə “centelmen” müqaviləsi bağlayan tərəflər arasında pul mübahisəsi məhkəmə səviyyəsinə qədər yüksəlir.
"İSPİK" MMC ilə Vaqif Abdullayev arasında məhkəmə çəkişməsi
"İSPİK" MMC şirkətinin rəhbərinin öncədən razılaşdırılmış ödənişini icra başçısından ala bilməməsi onun prezidentə məktublar göndərməsi ilə nəticələnir. Bu məktublardan narahat olan icra başçısı "İSPİK" MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayevin barəsində "Xüsusi ittiham qaydasında" şikayət ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə üz tutur.
Davam edən məhkəmə prosesində isə maraqlı faktlar üzə çıxır. O dövürdə “Təzadlar” qəzetində icra başçısının məhkəməyə təqdim etdiyi iddia ərizəsi də yayımlayır. İddia ərizəsindən kiçik bir çıxarış:
“Əsassız, böhtan xarakterli şikayətləri nəticəsində bir çox instansiyalara mütəmadi cavab vermək məcburiyyətində qalmışam, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı kimi mənim barəmdə qeyd edilən yalan məlumatlar şərəfimə, ləyaqətimə və işgüzar nüfuzuma ləkə gətirərək əsassız olaraq mənim vaxt itirməyimə, əsəb gərginliyi və mənəvi sarsıntı keçirməyimə səbəb olmuşdur”.
İcra başçısı əizəsində sahibkarın prezidentə müraciətindən narahat olduğunu da dilə gətirib. Təbii ki, son olaraq hakimin qərarı ilə icra başçısı məhkəməni uduzur və o iddiasın geri götürür.
Ortaya isə cavabsız qalan suallar çıxır. Əgər V.Abdullayev tikinti işlərinin keyfiyyətsiz görülməsi ilə bağlı öncədən məlumatlı idisə, bəs o zaman nəyə görə İlham Əliyevə stadionun yüksək keyfiyyətli tikinti materialları ilə təmir edildiyini deyib? Və əgər tikinti işlərinin keyfiyyətsiz olması ilə bağlı o öncədən məlumatlı idisə, niyə görə bu günə kimi tədbir görməyib və nəticədə stadionun uçmasının qarşısını ala bilməyib?
Hər halda bu sualların cavabını dövlət qurumları araşdırmalı və dövtlət büdcəsini göyə sovuran icra başçısının fəaliyyətindəki ciddi nöqsanları orataya çıxartmalıdı.(azxeber.az)
Ortada isə hələ tikintisinin bitməsindən qısa müddət keçməsinə baxmayaraq çökən stadiondan bu görüntülər qalır. Həmin görüntünü bir daha təqdim edirik: 
Stadionun açılışından fotolar
Qaynar.info






Fikirlər