AĞDAMda ara qarışdı - İŞSİZLİK QALMAQALI - bölgəXƏBƏR

Ağdamda ara qarışdı -

Ağdam sakinlərini vətəndaşları aldatdığı üçün məşğulluq idarəsinə basqın edib, idarənin qarşısında aksiya keçirib.
"AzerTaym.az" xəbər verir ki,bununla bağlı ölkə.az-a Əmək Yarmarkasına gedən şəxslər məlumat verib.
Adlarının çəkilməsini istəməyən Ağdam rayon sakinlərinin sözlərinə görə, məşğulluq idarəsi bir neçə gün öncə elan verib ki, 2016-cı il fevral ayının 15-də Ağdam rayon İdman kompleksində əmək yarmarkası keçiriləcək. İşsiz olan Ağdam sakinləri özünə iş tapmaq üçün əmək yarmarkasında iştirak etməyə gediblər. Məşğulluq idarəsindən isə bildiriblər ki, yarmarka qeyri-müəyyən vaxta təxirə salınıb.
Aldadıldığını görən Ağdam sakinləri məşğulluq idarəsinə etiraz etməyə başlayıblar. İdarənin qarşısına 100-dən çox rayon sakini toplaşıb. 
Ağdam rayon məşğulluq idarəsindən bildiriblər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 15 fevralda Ağdam rayonunda keçiriləcək əmək yarmarkasını təxirə salıb.

 

 






Fikirlər