Medianın GÜNDƏMİini ZƏBT EDƏN millət vəkili kimdir?

 


Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb. 

Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 

AzNews.az şirkətin deputatlarla bağlı fevral ayı üzrə məlumatlarını təqdim edir:

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 26490 xəbər yerləşdirilib. Bunlardan 416 xəbər mənfi, 73 xəbər müsbət və 26001 xəbər isə neytraldır. 

Mənfi xəbərlər arasında liderlər: Elmira Axundova (123 xəbər - deputat və oğlu ətrafında olan maliyyə qalmaqalı), Rafael Cəbrayılov (67 xəbər - vətəndaşları aldatması, ermənilərlə əlaqəsi iddiaları və s.), Çingiz Qənizadə (53 xəbər - İlhamə Quliyeva ilə deputat arasında olan qalmaqal). 

Mehriban Əliyeva (ən gözəl first ledilər siyahısında olması) və Siyavuş Novruzov (“Fədai” medalı ilə təltif olunması) isə müsbət xəbərlər arasında liderdirlər.

Xəbər sayına görə sıralama:

1. Rövnəq Abdullayev 1977 xəbər
2. Mehriban Əliyeva 1644 xəbər
3. Siyavuş Novruzov 1288 xəbər
4. Oqtay Əsədov 1158 xəbər
5. Fazil Mustafa 877 xəbər
6. Qənirə Paşayeva 856 xəbər
7. Vasif Talıbov 806 xəbər
8. Azay Quliyev 716 xəbər
9. Vahid Əhmədov 700 xəbər
10. Cavid Qurbanov 693 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3564 xəbər dərc edilib. Bu xəbərlərdən 3546-sı neytral, 4-ü müsbət, 14-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında Elmira Axundova (6 xəbər - deputat və oğlu ətrafında olan maliyyə qalmaqalı) liderdir. Müsbət xəbərlər isə Siyavuş Novruzova (3 xəbər - “Fədai” medalı ilə təltif olunması) və Hüseynbala Mirələmova (1 xəbər - “Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət” medalı ilə təltif olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 220 xəbər
2. Siyavuş Novruzov 188 xəbər
3. Rövnəq Abdullayev 128 xəbər
4. Oqtay Əsədov 118 xəbər
5. Bahar Muradova 111 xəbər 
6. Fazil Mustafa 109 xəbər
7. Ziyad Səmədzadə 108 xəbər
8. Musa Quliyev 91 xəbər
9. Azay Quliyev 90 xəbər
10. Vahid Əhmədov 86 xəbər

Fevral ayında televiziya kanallarında deputatlar haqqında 1335 xəbər göstərilib. 

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 108 xəbər
2. Ziyad Səmədzadə 100 xəbər
3. Oqtay Əsədov 77 xəbər
4. Bahar Muradova 66 xəbər
5. Rövnəq Abdullayev 63 xəbər
6. İsa Həbibbəyli 52 xəbər
7. Hadı Rəcəbli 51 xəbər
8. Siyavuş Novruzov 40 xəbər
9. Çingiz Qənizadə 38 xəbər
10. Azay Quliyev 38 xəbər 






Fikirlər