MİLLƏT vəkilinin OGLU öz ötelində qumarxana açıb? - ŞOK İDDİA

Millət vəkilinin oğlu öz ötelində qumarxana açıb? -

Deputat Hacı Salayevin oğlu Kənan Salayev haqqında qalmaqallı xəbər yayaılıb. Qaynar.info xəbər verir ki, deputatın oğlu atasına məxsus “Lake Palace" otelində ayrı-ayrı nömrələrdə gecə saatlarında qumar masası təşkil edir. 

Bildirilir ki, oteldə qumar oynamağa gələn gənclər bir qayda olaraq ölkənin tanımış məmurlarının övladları olur və “Bakı kübarları”na aid olmayan heç kəs qumar masasına buraxılmır. Mənbə bildirir ki, əslində gecə saatlarında “Lake Palace" otelində qumar oynayan gənclər Kənan Salayevin dostları və tanıdıqlarıdır. Kənan Salayevin isə çoxdan Bakının gecə həyatında iz qoyan gənclərdən biri olduğu bildirilir.
Kənan Salayev
Mənbə bildirir ki, “Lake Palace" otelindəki qumar masalarını Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs idarə edir. Buna baxmayaraq Ayazın özünün də masada qumar oynadığı və bəxtinin də tez-tez gətirmədiyi idda olunur. Buna misal olaraq mənbə bildirir ki, fevral ayında Ayaz Aynar Məmmədova 30 min manat uduzub. 
“Lake Palace" oteli
Mənbə həmçinin onu da qeyd edir ki, Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs təkcə “Lake Palace" otelindəki qumar masalarını idarə etmir. Həmçinin Hacı Salayevin “Xəzər” çörək zavodu da Ayazın nəzarətindədir. Mənbə biddia edir ki, Ayaz adlı şəxs Kənan Salayevin ona olan hədsiz inamından istifadə edərək “Xəzər” çörək zavodunun gəlirlərini həm özünün, həm də Kənan Salayevin əyləncələrinə sərf edir. 
“Kənan Salayev vaxtının çoxunu xaricdə keçirdiyi üçün Ayaz rahatlıqla “Xəzər” çörək zavodunu öz zavodu kimi idarə edir və hər ay Hacı Salayevin biznesindən külli miqdarda vəsaiti özününküləşdirir”, deyə mənbə iddia edir. (azfakt.com)
Yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.






Fikirlər