ALİ Məhkəmənin HAKİMİ vəzifəsindən AZAD edildi

 

5f38d684-53f7-418f-b14b-2e83aab34277_292Ali Məhkəmənin hakimi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilib
Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsinə baxılıb.
APA-nın məlumatına görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynliməlumat verərək bildirib ki, İ. Əliyev peşə fəaliyyətində nümunəvi kadrdır.
İ. Əliyevin vəzifəsindən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsi təklif olunub.
Məsələ səsə qoyularaq qəbul edilib.

 






Fikirlər