"DƏNİZÇİ"lərin növbəti SEUL SƏFƏRİ..

 

 Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin 15 mart 2016-cı il tarixindən Koreya Respublikasının Seul şəhərinə səfəri başlayıb.

Cari ilin 18 mart tarixinədək davam edəcək səfər çərçivəsində Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyinindəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların rəsmiləri ilə görüşlərin keçirilməsi, görüşlər zamanı qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və qeyd edilən sahə ilə bağlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Картинки по запросу dəniz administrasiyası
Səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasındaDənizçilərin hazırlanmasına, onlara diplom verilməsi və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur.

AzerTaym.az






Fikirlər